AZ

Belarus Müdafiə Nazirliyi döyüş hazırlığının yoxlanılmasına başlayıb

Bakı, 26 yanvar, AZƏRTAC

Belarus Respublikası Silahlı Qüvvələrində hərbi hissə və birləşmələrin döyüş hazırlığının yoxlanılmasına start verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Belarusun BelTA informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, yoxlama mərhələli şəkildə həyata keçiriləcək, proses zamanı həm şəxsi heyətin, həm də yoxlamaya cəlb olunan bölmələrin sayı tədricən artırılacaq.

Qeyd olunub ki, yoxlamanın əsas xüsusiyyəti onun planlaşdırılmış təlim çərçivəsində keçirilməsinə baxmayaraq, sınaqdan keçirilən bölmələr üçün gözlənilməz xarakter daşımasıdır. Tədbir Silahlı Qüvvələrin təlim keçmiş ehtiyatının hazırlanmasına yönəlib.

Yoxlamanın yekun mərhələsində müxtəlif təlim meydançalarında bölmələrin iştirakı ilə kompleks təlimlərin keçirilməsi nəzərdə tutulur. Yoxlamanın nəticələri təhlil edilərək Silahlı Qüvvələrin bölmələrinin gələcək təlim prosesinə daxil ediləcək.

Seçilən
29
azertag.az

1Mənbələr