AZ

Avtomobil sexində yanğın: “07” markalı maşın yandı - VİDEO

Bu gün səhər saat 06:00 radələrində Bakı şəhəri, Babək prospektində yerləşən avtomobil sexində güclü yanğın baş verib.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, yanğın zamanı sexdə olan “VAZ-2107” (07 markalı) avtomobil yanaraq yararsız hala düşüb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub və yanğın söndürülüb.

Həmidə İbrahimova

Seçilən
68
1
olke.az

2Mənbələr