AZ

"Sabah"ın yubiley qələbəsi

“Sabah” Misli premyer-liqasının 17-ci turunda “Karvan-Yevlax”a 4:1 hesabı ilə qalib gəlib.

"Football-plus.az" xəbər verir ki, bu, Masazır təmsilçisinin yüksək dəstədə 20-ci böyükhesablı qələbəsi olub. "Bayquşlar" 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib.

“Sabah” 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadı. Onlar bu göstəricidə “ANS-Pivani”yə çatıb. Komanda ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. “Səbail”lə ev matçında 3 cavabsız qol vurulub.

Seçilən
7
7
football-plus.az

10Mənbələr