AZ

Aİ 2027-ci ildən Rusiya qazının tədarükünü tamamilə qadağan edir

Avropa İttifaqı Şurası 2027-ci il yanvarın 1-dən Rusiyanın mayeləşdirilmiş təbii qazının tədarükünü tamamilə qadağan etməyə qərar verib.

Missiya.Az xəbər verir ki, boru kəməri ilə qaz tədarükünün qadağan olunması isə 30 sentyabr 2027-ci il tarixindən qüvvəyə minəcək.

Avropa Şurasının mətbuat xidməti açıqlayıb ki, bu addım REPowerEU proqramının Aİ-nin Rusiya enerjisindən asılılığını azaltmaq məqsədinə xidmət edir.

Slovakiya və Macarıstanın etirazına baxmayaraq, sənəd bazar ertəsi günü nazirlər səviyyəsində keçirilən görüşdə razılaşdırılıb.

Qeyd olunur ki, plan layihəsi 2025-ci ilin dekabr ayında təqdim olunub. Sənədə əsasən, müstəsna hallarda, anbarlarda ehtiyatlar tələb olunan səviyyədən aşağı olarsa, Aİ üzvləri Rusiya qazından istifadəni 31 oktyabr 2027-ci ilədək uzada biləcəklər.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
32
missiya.az

1Mənbələr