AZ

NBA-da bir neçə oyun qar fırtınasına görə təxirə salına bilər

Bakı, 26 yanvar, AZƏRTAC

ABŞ-da baş verən qar fırtınası Milli Basketbol Assosiasiyasının (NBA) oyunlarına da təsirsiz ötüşməyib.

AZƏRTAC xəbər verir ki, “Memfis Qrizlis” - “Denver Naqqets” və “Miluoki Baks” - “Dallas” görüşləri təxirə salınıb. Məlumata görə, güclü qar fırtınası səbəbindən daha bir neçə qarşılaşmanın təxirə salınması gözlənilir.

NBA matçların hansı tarixdə təşkil olunacağı ilə bağlı rəsmi məlumat yaymayıb. İddiaya görə, oyunlar fevralın ikinci yarısında baş tuta bilər.

Seçilən
67
2
azertag.az

3Mənbələr