“Liverpul” baş məşqçi Arne Slotla bağlı qərarını verib.
İdmanxeber.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa klubu mütəxəssislə yolları ayırmağı düşünmür. Rəhbərlik mövsümün sonuna qədər Slotla davam edəcək.
Ötən mövsümün çempionu olan “Liverpul” hazırda PL-də 6-cı sırada qərarlaşıb.
Xatırladaq ki, “qırmızılar” yanvarın 28-də Çempionlar Liqası Liqa mərhələsinin sonuncu turunda “Qarabağ”la üz-üzə gələcək.