AZ

İspaniyalı məşqçi futbolçuları "ChatGPT" ilə seçirmiş


Rusiyanın "Soçi" klubunun ispaniyalı keçmiş baş məşqçisi Robert Morenonun komanda ilə işini “ChatGPT” ilə qurduğu məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun keçmiş baş direktor müavini Andrey Orlov “Sports.ru” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Morenonun tətbiq etdiyi bəzi metodlar futbolçular tərəfindən təəccüblə qarşılanıb. Belə ki, neyron şəbəkəsi məşqçiyə Soçi oyunçularının SKA-Xabarovskla oyundan əvvəl 28 saat yatmamalarını və səhər saat 5:00-da oyanmalarını məsləhət görüb.
Klub rəsmisi həmçinin, ispaniyalı mütəxəssisin alqoritmdən istifadə edərək hücumçu seçdiyini irəli sürüb.
Onun sözlərinə görə, Moreno yeni hücumçu seçərkən Vladimir Pisarski, Pavel Meleşin və Artur Şuşenaçevin profillərini “ChatGPT”yə yükləyib və “ChatGPT” onlar arasında üçüncünü məsləhət görüb. Halbuki Şuşenaçev 2024/25 mövsümündə klubda on oyunda bir qol belə vurmayıb.
Morenonun bu metodu kluba baha başa gəlib. 2025-ci ilin sentyabr ayında keçirdiyi 7 oyundan cəmi 1 xal topladıqdqan sonra “Soçi” klubu Morenonun istefasını elan edib və onun yerinə İqor Osinkini təyin edib.
Bu mövsüm 18 turdan sonra “Soçi” Rusiya Premyer Liqasının turnir cədvəlində sonuncu, 16-cı yerdədir. Klubun aktivində doqquz xalı var.
Seçilən
63
yeniavaz.com

1Mənbələr