AZ

Amnistiya aktı indiyədək 12 mindən çox şəxsə tətbiq olunub

Bakı. Trend:

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elanedilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixliQərarı 22 dekabr 2025-ci il tarixindən 26 yanvar 2026-cı iltarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiyaxidmətləri, habelə İstintaq idarəsi üzrə 12.336şəxs barəsində tətbiq olunub.

Bu barədə Trend-in soröusuna cavab olaraq Ədliyyə Nazirliyindənməlumat verilib.

Bildirilib ki, amnistiya tətbiq olunan şəxslərin4.977-si müəyyən müddətə azadlıqdan məhrumetmə,6.613-ü isə azadlıqdan məhrumetmə ilə əlaqədarolmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 734 nəfərin cəzası 6ay azaldılıb. 12 nəfər isə cinayət məsuliyyətindənazad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).

Məlumata görə, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdənVətən müharibəsində iştirak etdiyinə görə 13 nəfərvə Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə13 nəfər də cəzadan azad edilənlər arasında yeralıb.

Amnistiya tətbiq olunmuş şəxslərdən 1.021-iböyük ictimai təhlükə törətməyən, 10.502-si azağır, 813-ü ağır cinayətlər törətmişşəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən11.761-i kişi (onlardan 17-si yetkinlik yaşınaçatmayan şəxslərdir), 575-i isə qadındır.

Amnistiya aktının icrası davam edir.

Seçilən
98
49
az.trend.az

10Mənbələr