AZ

Politoloq: Rusiya-Ukrayna konfliktinin danışıqlar yolu ilə bitməsi bu mərhələdə real görünmür » AzadMedia.az

Politoloq:


Ukrayna sülh müqaviləsi çərçivəsində heç bir halda Donbası Rusiyaya verməyəcək. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçirilən danışıqların nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və yalnız kompromis yolları axtarılmalıdır.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətlərini nəzərdə tutan sənəd tam hazırdır.

Politoloq Rəşad Bayramovun sözlərinə görə, Rusiya-Ukrayna konfliktinin danışıqlar yolu ilə bitməsi bu mərhələdə real görünmür:
Bunun səbəbi həm Rusiya şərtlərinin Ukrayna üçün qəbuledilməz olması, həm də Qərb tərəfindən irəli sürülən sülh təkliflərinin əslində münaqişəni dondurmağı hədəfləməsi ilə bağlıdır”.

Politoloqun fikrincə, müharibənin qalibi kimi konkret bir tərəfi göstərmək çətindir:
“Həm Moskva, həm də Kiyev bu münaqişədə böyük itkilər verir. Qərb isə öz strateji hədəflərinə çatmaq üçün bu münaqişəni istifadə edir və həm Rusiya təsirini məhdudlaşdırır, həm də NATO və Avropa siyasətində mövqeyini gücləndirir”.

Xatırladaq ki, yeni yaradılan Sülh Şurasının münaqişələrin həllində nə kimi rol oyanayacağını zaman göstərəcək

Seçilən
63
1
azadmedia.az

2Mənbələr