Somalidən Azərbaycana satış üçün ət məhsulları heç vaxt idxal edilməyib.
Busaat.az -ın məlumatına görə , bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, yalnız Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanına müxtəlif ölkələrdən ət məhsulları idxal olunur.
Səudiyyə Ərəbistanı səfirliyinin dəstəyi ilə ötən il ölkəmizə qeyri-kommersiya məqsədləri üçün təxminən 45 ton ət məhsulları idxal edilib. O, bu məhsulların qurbanlıq ət olduğunu və ölkəyə humanitar məqsədlər üçün gətirildiyini qeyd edib.
Qeyd edək ki, son vaxtlar mediada Somalidən Azərbaycana guya ət idxalı ilə bağlı məlumatlar yayılır.