
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Mariupolu müdafiə edən Ukrayna Silahlı Qüvvələrinin qarnizonunun xilas edilməsində əsas rol oynayıb”.
Missiya.Az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin zabiti Sergey Volınski "Ukrainska Pravda" qəzetinə verdiyi müsahibədə Türkiyə liderinə təşəkkür edib.
"Mənim üçün xüsusi olaraq etdiklərinə və ümumiyyətlə, bu yolu qəbul edib orada iştirak etdiyinə görə Türkiyə Prezidentinə çox minnətdaram", - deyə o vurğulayıb.
Daşqın HəsənovMissiya.Az