AZ

Dünya Bankı Azərbaycanda 54 layihəyə təqribən 5,2 milyard dollar məbləğində vəsait ayırıb - Nazir

Bakı. Trend:

Yanvarın 26-da Azərbaycan Respublikasının maliyyə naziri SahilBabayev Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrəregional direktoru Çarlz Kormyerin rəhbərlik etdiyi və CənubiQafqaz üzrə regional direktor xanım Roland Praysın da təmsilolunduğu nümayəndə heyəti ilə görüşüb.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı Azərbaycanla Dünya Bankı arasında əməkdaşlğınmövcud vəziyyəti və inkişaf perspektivləri, Bankın maliyyə dəstəyiilə həyata keçirilən layihələr, xüsusilə infrastruktur, şəhərinkişafı, energetika və rəqəmsal sahələr üzrə cari və gələcəkproqramlar müzakirə edilib.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycanla Dünya Bankıarasında 30 ildən artıq davam edən tərəfdaşlıq çərçivəsində Banktərəfindən ölkəmizə dəstək məqsədilə ümumilikdə 54 layihəyətəqribən 5,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb və buəməkdaşlıq ölkədə iqtisadi islahatların həyata keçirilməsi vədayanıqlı infrastrukturun təmin olunmasına mühüm töhfələrverib.

Görüşdə Dünya Bankı ilə həyata keçirilən layihələrin icravəziyyəti barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, “BərpaOlunan Enerji Mənbələrindən İstifadənin Genişləndirilməsi” (AZURE)layihəsi çərçivəsində tikilən günəş və külək elektrik stansiyalarıölkənin enerji sisteminə inteqrasiya olunmaqla dayanıqlı enerjiinfrastrukturunun inkişafını təmin edir. Bununla yanaşı,“Məşğulluğa dəstək” layihəsi və onun əlavə maliyyələşdirilməsitəşəbbüsləri işsiz əhalinin məşğulluq imkanlarınıngenişləndirilməsini və işğaldan azad olunmuş ərazilərdə dayanıqlıməskunlaşmanı dəstəkləyir. Eyni zamanda, “Regional yollar vəinkişaf” layihəsi regionlararası nəqliyyat bağlantılarınıgücləndirərək ümumi iqtisadi fəallığın canlanmasına imkanyaradır.

Öz növbəsində, Çarlz Kormyer təmsil etdiyi qurumun Azərbaycanlauzunmüddətli və səmərəli əməkdaşlığa böyük önəm verdiyini və ölkədəaparılan iqtisadi islahatları yüksək qiymətləndirdiklərini diqqətəçatdırıb. Bildirilib ki, Azərbaycanla infrastruktur, yaşıl enerji,şəhərsalma və logistika sahələrində əməkdaşlığıngenişləndirilməsində böyük potensial var və bu sahələrdə həyatakeçiriləcək təşəbbüslər ölkədə dayanıqlı inkişafın təmin olunmasınavə iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq.

Görüş zamanı həmçinin, Dünya Bankının kredit vəsaiti hesabınamaliyyələşdirilməsi nəzərdə tutulan “Bakı Beynəlxalq Dəniz TicarətLimanının genişləndirilməsi”, “Rəqabətli və Dayanıqlı KəndTəsərrüfatı və Suvarma Xidmətləri” və “Yaşanılabilən Bakı”layihələri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunanlayihələrin reallaşdırılmasına zəmin yaradacaq institusional,texniki və maliyyə xarakterli tədbirlər, eləcə də tərəflər arasındaəməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Seçilən
23
19
az.trend.az

10Mənbələr