AZ

"Liverpul" - "Qarabağ" oyununun hakimləri bilindi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda İngiltərə çempionu “Liverpul” ilə keçirəcəyi oyunun hakimi açıqlanıb.

Fanat.Az xəbər verir ki, qitə futbol qurumu yanvarın 28-də İngiltərədə təşkil olunacaq görüşü Slovakiyadan olan hakimlər briqadasına həvalə edib.

Matçın baş hakimi FIFA referisi İvan Krujlyak olacaq. Ona həmyerliləri Branislav Hansko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. Oyunda VAR hakimləri niderlandlı Pol van Boekel və belçikalı Yan Boterberq olacaq. İngiltərəyə UEFA nümayəndəsi kimi Rumıniyadan olan Roxana Berseanu ezam olunub.  

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Seçilən
126
50
fanat.az

10Mənbələr