AZ

Sədr müavini: Somalidən ölkəmizə ət idxal olunmayıb

Bakı, 26 yanvar, AZƏRTAC

Somalidən Azərbaycana ət gətirilməsi ilə bağlı yanlış məlumatlar paylaşıılır. Nə 2025-ci ildə, nə də ondan əvvəlki illərdə Somalidən ölkəmizə ət idxal olunmayıb

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ilin yekunlarına həsr edilmiş brifinqdə deyib.

O bildirib ki, Somali mənşəli heyvanların Səudiyyə Ərəbistanında halal standartlara uyğun kəsilməsindən əldə olunan 46, 5 ton ət Azərbaycandakı səfirliyin xətti ilə Həcc ziyarəti və Qurban bayramı ərəfəsində ölkəmizə daxil olub: "Səudiyyə Ərəbistanına diri heyvanlar əsasən Somali, Sudan, Efiopiya, Cibuti, Avstraliya və digər Afrika–Asiya ölkələrindən gətirilir. Ölkəyə daxil olduqdan sonra karantin və baytarlıq nəzarətindən keçirilərək rəsmi kəsim məntəqələrində halal qaydada kəsilir. Həcc qurbanlarından əldə edilən ət Səudiyyə Ərəbistanında istifadə olunmaqla yanaşı, bir sıra ölkələrə humanitar yardım kimi paylanır", - deyə sədr müavini qeyd edib.

 

Seçilən
142
2
azertag.az

3Mənbələr