
Tarixin ən yaxşı yarış pilotlarından biri, alman Mixael Şumaxer artıq yataq xəstəsi deyil.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti mənbəyə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, 2013-cü ildə peşəkar yarışlardan təqaüdə çıxdıqdan sonra Şumaxer Fransa Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması alıb.
O, yataq xəstəsi idi və uzun müddət süni tənəffüs aparatına qoşulmuşdu.
“Daily Mail” mənbələri bildirib ki, Şumaxer hazırda tibb bacısı və terapevtin köməyi ilə əlil arabasındadır.
O, Mayorka dağ silsiləsindəki malikanəsində qalır.