AZ

ABŞ iflic OLUB

Ajans.az xəbər verir ki, Ronald Reyqan adına Vaşinqton Milli Hava Limanı qar fırtınası səbəbindən uçuşların tamamilə dayandırıldığını açıqlayıb. The New York Times qəzetinin Smitson İnstitutuna istinadən verdiyi məlumata görə, paytaxtdakı bütün muzeylər və Milli Zoopark yanvarın 25 və 26-da ziyarətçilər üçün bağlı olacaq. Qeyd edək ki, ABŞ ərazisinə son 100 ilin ən güclü buz fırtınalarından biri hesab edilən “Fern” fırtınası təsir göstərib. Təbii fəlakətin nəticələri 200 milyondan çox sakinə təsir edib. Bir sıra şəhərlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb, 22 ştatda fövqəladə vəziyyət elan olunub və 10 mindən çox uçuş ləğv edilib. ABŞ prezidenti Donald Tramp fövqəladə hallar xidmətlərinin fırtınaya qarşı tam hazır olduğunu bildirib. Təxminən 30 santimetrə çatan qar örtüyünə baxmayaraq, infrastrukturda yaranan ciddi pozuntulara görə fırtına “tarixi” adlandırılır. ABŞ sakinləri zəruri məhsulları ehtiyatda saxlamağa başlayıblar. Xüsusilə batareyalar, konservləşdirilmiş ərzaqlar və gigiyena vasitələrinə tələbat artıb. Sinoptiklərin proqnozlarına əsasən, qar, buzlanma və dondurucu yağışların ayın sonunadək davam edəcəyi gözlənilir.

 

Seçilən
89
Ajans.az

1Mənbələr