O, son 4 ay ərzində həmin şəxslərin guya "Dxyak" kompleksində "həbsxana şəraitində" saxlanıldığını bildirib.
Petrosyanın sözlərinə görə, guya həmin şəxslərin sərbəst hərəkətinə qadağa qoyulub və onlar faktiki olaraq "dustaq" statusunda saxlanılıblar. Fəal iddia edir ki, guya bu şəxslər ərazidən çıxarılan zaman onlara hara aparıldıqları barədə məlumat verilməyib, yalnız Həkəri körpüsündə müvafiq sənədlər imzalatdırılaraq Ermənistan tərəfinə təhvil veriliblər.
Petrosyan baş verənləri "etnik təmizləmənin son akkordu" adlandırıb və Ermənistan hakimiyyətinin "sülh" naminə tarixin saxtalaşdırılmasına şərait yaratdığını iddia edərək bunu qəbulolunmaz adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31