AZ

İrpendə görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın abidəsi hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənib VİDEO  

İntensiv raket və PUA hücumlarına görə Kiyev şəhərində və vilayətində Azərbaycana aid heykəllərin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işləri davam edir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, səfirliyin qarşısında Ümummilli Lider Heydər Əliyevin heykəlinin qorunması istiqamətində işlər yekunlaşıb. İrpen şəhərinin Dostluq parkında Azərbaycanın görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsinin, eləcə də Kiyevdə dünya şöhrətli müğənni Müslüm Maqomayevin heykəlinin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işləri başa çatmaq üzrədir. Qarşıdakı günlərdə digər abidələrimizin, o cümlədən Azərbaycanın görkəmli şairləri Nəsiminin, Səməd Vurğunun abidələrinin də mühafizəsi işləri başa çatacaq. Bu proses SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən icra olunur.

AZƏRTAC İrpendə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyeva adına parkdan foto və video görüntüləri təqdim edir.

Heykəllərin açılması isə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qərarı ilə gerçəkləşə bilər.

Seçilən
34
2
azerbaijan-news.az

3Mənbələr