AZ

Yunanıstanda fabrikdə güclü yanğın olub - İtkin düşənlər var

Yunanıstanın Trikala şəhəri yaxınlığındakı qida fabrikində güclü yanğın baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  yanğın baş verən zaman fabrikdə 13 nəfər olub və onlardan səkkizi xilas ola bilib.  3 nəfər ölüb, digər iki nəfər isə itkindir. 

Yunanıstan hakimiyyəti yanğının söndürülməsinə təxminən 40 yanğınsöndürən və 13 yanğınsöndürmə maşınının cəlb olunduğunu bildirib.  

Seçilən
37
1
unikal.az

2Mənbələr