
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 26-da Strasburqa səfər edəcək.
Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan yanvarın 28-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edəcək.
Qeyd olunub ki, Mirzoyanın burada ikitərəfli görüşlər keçirəcəyi də planlaşdırılır.
Daşqın HəsənovMissiya.Az