AZ

Bakıda Avropa mətbəxinin yeni ünvanı – “Be My Guest” restoranı fəaliyyətə başladı

Bakının Yasamal rayonunda Avropa mətbəxini sevənlər üçün yeni restoran istifadəyə verilib. “Be My Guest” adlı məkan klassik Avropa yeməklərini müasir təqdimatla qonaqlara təqdim edərək, paytaxtın qastronomiya xəritəsinə fərqli bir ünvan əlavə edib.

Restoranın menyusu Avropa mətbəxinin seçilən nümunələrindən formalaşdırılıb və həm yerli, həm də xarici qonaqların zövqünə uyğun hazırlanıb.

Doğru.az“-ın məlumatına görə, restoranın təsisçisi Orxan Məmmədzadə əsas məqsədlərinin yüksək keyfiyyətli xidmət, dadlı yeməklər və qonaqlar üçün rahat atmosfer yaratmaq olduğunu bildirib.

Menecer Mehriban Sadıxova isə qonaqlarla birbaşa ünsiyyət quraraq onların məmnuniyyətini daim diqqət mərkəzində saxlayır.

“Be My Guest” restoranı müasir və komfortlu interyeri ilə həm ailəvi istirahət, həm də işgüzar görüşlər üçün uyğun şərait təqdim edir. Eyni zamanda, məkan ad günü və digər xüsusi tədbirlərin təşkili üçün də rezervasiya qəbul edir.

Restoran Yasamal rayonu, Həsən Məcidov küçəsi 29A, Renessans Palace ünvanında yerləşir. Əlavə məlumat və rezervasiya üçün 1 228 2 23 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Qonaqların fikrincə, “Be My Guest” zəngin menyusu və səmərəli xidməti ilə seçilərək qısa zamanda müştəri rəğbəti qazanıb. Restoran rəhbərliyi yaxın günlərdə yeni yemək təqdimatları və xüsusi təkliflərlə qonaqları sevindirməyi planlaşdırır.

DOĞRU.AZ

image-5r4a7871image-5r4a7872image-img-226126-wa83 image-img-226126-wa86 image-img-226126-wa84 image-img-226126-wa85 image-img-226126-wa82 image-img-226126-wa87 image-img-226126-wa88image-5r4a8183image-5r4a7899image-5r4a7872image-5r4a7897

Seçilən
15
1
dogru.az

2Mənbələr