AZ

Əfsanəvi pilot Mixael Şumaxerin vəziyyəti barədə YENİ XƏBƏR

Formula-1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin səhhəti ilə bağlı yeni məlumatlar yayılıb.

 90deqiqe.Az-ın "Daily Mail"ə istinadən məlumata görə, xizək sürərkən aldığı ağır zədədən sonra artıq 12 ildən çoxdur ictimaiyyət qarşısına çıxmayan əfsanəvi pilotun vəziyyəti ilə bağlı məhdud da olsa yeni detallar açıqlanıb.

Mixael Şumaxer artıq yatağa məhkum deyil və tibbi personalın köməyi ilə ev daxilində əlil arabasında hərəkət edə bilir.

Məlumata görə, Şumaxer ailəsinə məxsus şəxsi iqamətgahda yaşayır və 24 saat ərzində həkimlərin nəzarəti altındadır. Eyni zamanda, ailəsinin qərarına əsasən, onun səhhəti ilə bağlı məlumatlar hələ də ciddi şəkildə məxfi saxlanılır.

Qeyd edək ki, Şumaxeri ziyarət edə bilən azsaylı şəxslərdən biri “Ferrari”nin sabiq rəhbəri Jan Todtdur. O, daha əvvəl Mixaeli mütəmadi olaraq ziyarət etdiyini və onunla birlikdə Formula-1 yarışlarını izlədiyini bildirmişdi.

Seçilən
21
90deqiqe.az

1Mənbələr