AZ

Amerika-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub


"Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlər son 30 il ərzində keyfiyyət baxımından ən yüksək mərhələyə qədəm qoyub. Obama və Bayden administrasiyalarından fərqli olaraq Tramp hakimiyyətinin Azərbaycana verdiyi önəmdə bunu aydın şəkildə görürük".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı Amerika-Azərbaycan münasibətlərini şərh edərkən səsləndirib. O bildirib ki, keçən ilin avqust ayında Ağ Evdə Amerika və Azərbaycan prezidentləri arasında keçirilən yüksək səviyyəli görüş Vaşinqton-Bakı münasibətlərini yeni bir mərhələyə daşıdı:

"Sonrakı proseslərdə bədnam 907-ci düzəlişin ləğvi istiqamətində okeanın o tayında atılan addımlar, Azərbaycan liderinin Qəzza Sülh Şurasına dəvət edilməsi, eləcə də Davosda Ağ Ev rəhbərinin Cənab İlham Əliyevlə görüşməsi Vaşinqton-Bakı münasibətlərinin daha sıx və hətta strateji xarakter aldığını deməyə əsas verir. Donald Trampın Davosda yalnız iki ölkə rəhbəri, Azərbaycan və Ukrayna prezidentləri ilə ikitərəfli görüş keçirməsi də ABŞ-ın Cənubi Qafqazda Azərbaycana verdiyi önəmin göstəricisidir. Bu həm də cənab İlham Əliyevin və onun regionda yaratmış olduğu yeni reallığın dünyanın süper gücü tərəfindən qəbul edildiyinin əyani sübutudur. Bu həm də Azərbaycan prezidentinə dünya lideri kimi verilən qiymətdir".

Arzuman Muradlı əmindir ki, Amerika-Azərbaycan münasibətləri bundan sonra daha da inkişaf edəcək və gələcək əməkdaşlıq üçün yeni perspektivlər açılacaq.

Süleyman
Seçilən
14
newscenter.az

1Mənbələr