AZ

Onurğa əməliyyatının ağır fəsadı – Metal çubuq yerini dəyişdi - FOTO

Radioloq Aydın Əliyev sosial şəbəkə hesabında maraq doğuran tibbi görüntülər paylaşıb. 

"Yeni Sabah" xəbər verir ki, paylaşımda bel nahiyəsinə implantasiya edilən metal çubuğun (rod) zamanla yerindən çıxaraq ciddi deformasiya yaratdığı əks olunub.

Rentgen görüntülərinə əsasən, implantın ilkin yerləşdiyi mövqedən kənara çıxdığı və onurğa sütununda nəzərəçarpacaq əyrilik formalaşdırdığı müşahidə olunur. Mütəxəssisin paylaşdığı fotolarda həm bel nahiyəsi, həm də aşağı ətraf sümüklərində baş verən struktur dəyişiklikləri aydın görünür.

Paylaşım sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
109
yenisabah.az

1Mənbələr