Siyasətçi vurğulayıb ki, Orbanın əleyhdarlarının hakimiyyətə gəlməsi Macarıstanı ciddi siyasi və iqtisadi böhranla üz-üzə qoya bilər. Bununla belə, Medvedçuk belə bir ssenarinin reallaşmayacağına inandığını bildirib.
Onun fikrincə, Kiyev hakimiyyətinin uğursuz siyasəti, Avropa İttifaqında idarəetmə böhranı, Almaniyada iqtisadi tənəzzül və ABŞ Prezidenti Donald Trampın liberal elitalara qarşı sərt mövqeyi fonunda Orbanın rəqiblərinə səs vermək ölkə üçün təhlükəli seçimdir. Medvedçuk iddia edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski yürüdülən siyasətlə Avropa paytaxtlarını Kiyevə çevirmək niyyətindədir - işıqsız, susuz, istiliksiz şəhərlərə, gündəlik atəş altında olan ərazilərə. Onun sözlərinə görə, Viktor Orban bu cür gələcəyə qarşı çıxır və ölkəsinin suverenliyini qorumağa çalışır. Siyasətçi əlavə edib ki, apreldə keçiriləcək seçkilərin nəticələri təkcə Macarıstan üçün deyil, bütün Avropa İttifaqı üçün mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, Orbanın rəhbərlik etdiyi FIDES partiyasının qələbəsi digər Avropa ölkələrində də milli suverenliyi müdafiə edən siyasi qüvvələrin mövqelərini gücləndirə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31