Azərbaycan I Liqa klubu “Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi anqolalı oyunçu Aqostinyo Çipesse ilə müqqavilə bağlayıb. 22 yaşlı vinger yaxın günlərdə rəsmən açıqlanacaq.
Son olaraq Finlandiyanın “Kokkolan” klubunda çıxış edən Çipesse yanvarın 1-dən azad agentdir. O, ötən il komandasının heyətində 31 oyun keçirib və 6 qol vurub.