AZ

İrəvan və Dehli arasında yeni dövr: Strateji tərəfdaşlıq genişlənir –ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan rəhbərliyi Hindistanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi Dehliyə təbrik mesajları ünvanlayıb. Bu müraciətlərdə iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb.

"Yeni və iddialı təşəbbüslərə hazırıq"

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan həmkarı Subramanyam Cayşankara ünvanladığı təbrikdə İrəvanın Dehli ilə əməkdaşlığın bütün sahələrində iddialı yeni təşəbbüslər irəli sürməyə hazır olduğunu qeyd edib. Mirzoyan "X" sosial şəbəkəsindəki paylaşımında münasibətləri daha yüksək səviyyəyə qaldırmaq əzmində olduqlarını bildirib.

Baş nazir Nikol Paşinyan isə Narendra Modiyə göndərdiyi məktubda qlobal dəyişikliklər fonunda iki ölkə arasındakı çoxşaxəli əlaqələrin genişlənməsini yüksək qiymətləndirib: "Əminəm ki, birgə səylərimizlə ikitərəfli siyasi dialoqu xalqlarımızın rifahı naminə yeni zirvələrə daşıyacağıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
84
olaylar.az

1Mənbələr