AZ

Sərnişin bərəsi batdı: 15 ölü, 28 itkin -FOTO

Filippində sərnişin bərəsinin batması nəticəsində ən azı 15 nəfər ölüb, 28 nəfər itkin düşüb.

Vətəninfo.az xəbər verir ki, Sahil Mühafizəsinin məlumatına görə, 322 sərnişin və 27 heyət üzvü daşıyan MV Trisha Kerstin 3 Mindanaodan Filippindəki Jolo adasına gedirdi. Bərə yerli vaxtla saat 01:50-də qəza siqnalı göndərib və batmağa başlayıb.

316 nəfər xilas edilib və axtarış əməliyyatları davam edir.

image-2

Seçilən
2
veteninfo.az

1Mənbələr