AZ

Olmasa da olar 

“Şamaxı”nın darmadağın olması heç kimə maraqlı deyil. Heç müzakirəsi belə aparılmadı.

Çünki hamı bu mövzuda həmfikirdir: “Şamaxı” olmasa da olar.

Ciddi məsələ deyil “Şamaxı”. Ümumiyyətlə, klub kimi görülmür, hiss edilmir. Premyer Liqada həvəskar komanda kimi hərlənir.

“İmişli”nin, “Kəpəz”in hətta “Karvan-Yevlax”ın belə birtəhər bir imici var. Mənfi olsa da, adları gələndə ağılda nəsə formalaşır.

Amma “Şamaxı” başqadı. Nəsə də deyil, ola bilmir. Nəyə xidmət edir? Naməlumdur.

Bir baş menecerləri var – Kamran İsmayılov.
Heç vaxt fəaliyyəti sorğulanmır. Çünki mənasız mövzudu.

Yox ey, durub onu tənqid edəsi deyiləm. O qədər həvəs də yoxdu. Belə baxanda, elə o da olmasa da olar.

Bircə Ayxan Abbasovu var “Şamaxı”nın. Onun da bir ayağı millidə, bir ayağı burdadı. Elə əsl “Şamaxı”vari baş məşqçi stili.

Klubun futbola yanaşması ilə baş məşqçinin kluba yanaşması eynidir. Çünki Abbasov da bilir ki, “Şamaxı” olmasa da olar. İş o tərəflərdədir.

Yerli futbolçuların dostu olan mütəxəssis hər matça 7-8 əcnəbi ilə çıxır. Bu cümlənin sonuna bir dənə gülüş “smaylik”i.

U-21 millimizin sabiq çalışdırıcısı haqq-hesaba görə, burada gənc futbolçuların inkişafında mühüm rol oynamalıdır. Azərbaycan futbolunun inkişafı “Şamaxı”nın ümidinə qalıbsa…Gerisini özünüz tamamlayın.

Həsən Quluzadə

 

Seçilən
31
idmanxeber.az

1Mənbələr