AZ

Nadir Yalçının kitabı Ədəbiyyat İnstitutunda müzakirə ediləcək

Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsində yazıçı Nadir Yalçının “Lal ev” kitabının müzakirəsi olacaq.

Kulis xəbər verir ki, “Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində ilin ilk müzakirəsi “Müasir hekayənin gənclər modeli" mövzusunda keçiriləcək.

Qeyd edək ki, müzakirə27 yanvar — sabah 12:00-da AMEA-nın 4-cü mərtəbəsində, 465-ci otaqda təşkil ediləcək.

Seçilən
37
kulis.az

1Mənbələr