AZ

2025-ci ildə Azərbaycandan Ermənistana ixrac olunan neftin həcmi açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan Ermənistana 788,8 min dollardəyərində yanacaq ixrac olunub.

Trend bu barədəAzərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

21 oktyabr 2025-ci il tarixində Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev Qazaxıstan Respublikasının PrezidentiKasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında vurğulayıb ki,Azərbaycan işğal dövründən mövcud olan Ermənistan istiqamətində yüktranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb və bu marşrutüzrə ilk tranzit yükü Qazaxıstanın Ermənistana göndərdiyi taxılpartiyası olub.

18 dekabr tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)Ermənistana 1220 ton “Aİ-95” markalı avtomobil benzinigöndərib.

Daha sonra, 9 yanvar 2026-cı il tarixində Ermənistana ümumilikdə2 698 ton yük (48 vaqon) daşınıb ki, bunun 1742 tonu “Aİ-95”markalı benzin, 956 tonu isə dizel yanacağı olub.

11 yanvar tarixində isə 18 vaqondan ibarət qatarla 979 ton"Aİ-92" markalı avtomobil benzini bu ölkəyə göndərilib.

Məqalədə:
Seçilən
111
1
az.trend.az

2Mənbələr