AZ

26 yanvar – Dünya Ekoloji Təhsil Günüdür

Hər il 26 yanvar tarixində Dünya Ekoloji Təhsil Günü qeyd olunur. Bu günün əsas məqsədi cəmiyyətin diqqətini ətraf mühit problemlərinə yönəltmək, bu problemlərin həlli yolları barədə məlumatlılığı artırmaq və insanlarda təbiətə qarşı məsuliyyətli münasibət formalaşdırmaqdır.

Ekoloji təhsil fərdləri planetimizin rifahına töhfə verən düşünülmüş və davamlı qərarlar qəbul etməyə təşviq edir. Eyni zamanda cəmiyyətdə ekoloji mədəniyyətin formalaşmasına, ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadəyə dair biliklərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir.
Unutmayaq ki, ekoloji cəhətdən maarifli cəmiyyət — daha sağlam ətraf mühit və davamlı gələcək deməkdir.
Seçilən
5
ekologiya.az

1Mənbələr