AZ

Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbuledib.

Trend xəbərverir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan vəİsrail prezidentlərinin görüşü məmnunluqla xatırlandı, həmin görüşəsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəolunduğu bildirildi.

Ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, ocümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurluinkişafı vurğulandı, kənd təsərrüfatı, su resurslarının idarəolunması, yüksək texnologiyalar, həmçinin süni intellektsahələrində əməkdaşlıq məsələləri qeyd edildi, müxtəlifsəviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığındərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunuldu.

Eyni zamanda, hökumətlərarası komissiyanın rolu qeyd edilərək,bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyivurğulandı.

Gideon Saar onu bu səfərdə böyük biznes və işgüzar dairələrinnümayəndələrinin müşayiət etdiyini deyərək, səfər çərçivəsindəkeçiriləcək Azərbaycan-İsrail biznes forumunun ölkələrimiz arasındaiqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi.O, Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilənqayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikirmübadiləsi aparıldı.

Prezident
Prezident
Prezident
Prezident
Seçilən
127
49
az.trend.az

2Mənbələr