AZ

İsrail Qəzzada "Genişmiqyaslı əməliyyat"a başladı

Belə bir əməliyyatın nə qədər davam edəcəyi hələlik məlum deyil.

QHT.az xəbər verir ki, İsrail Qəzza zolağında son girovun tapılması üçün ordunun “nəhəng əməliyyat” apardığını açıqlayıb. Bu addım ABŞ və digər vasitəçilərin İsrail və HƏMAS-ı atəşkəsin növbəti mərhələsinə keçməyə çağırdığı bir vaxta təsadüf edir.

“Politico”nun məlumatına görə, bəyanat Nazirlər Kabinetində Rəfah sərhəd keçidinin açılması məsələsinin müzakirə olunduğu iclasdan sonra verilib. Son girov Ran Qvilinin geri qaytarılması atəşkəsin ikinci mərhələsinə keçid üçün əsas maneə hesab olunur. Netanyahunun ofisi əməliyyatdan sonra Rəfah keçidinin açılacağını bildirib. İsrail ordusu Qəzzanın şimalında və Şiya Tufa bölgəsində axtarış aparır. ABŞ administrasiyası isə artıq atəşkəsin ikinci mərhələsinin başladığını açıqlayıb.

 

R.İmanov

Seçilən
9
qht.az

1Mənbələr