AZ

Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək

Bakı. Trend:

Bakıda beton sahəsinə həsr olunmuş beynəlxalq “ICCXAcademy Baku” konfransı və sərgisi keçiriləcək. 29yanvarda JW Marriott Absheron Baku Hotel-də təşkil olunacaq tədbirəNorm şirkəti ev sahibliyi edəcək. Bu platforma vasitəsilə Normölkənin inşaat sənayesinin peşəkarlarını bir araya gətirərək, yerlivə beynəlxalq təcrübələrin qarşılıqlı paylaşılması üçün mühityaradacaq.

Müasir beton texnologiyaları və inşaat sahəsindəki qabaqcıltrendləri ön plana çıxaran tədbirin gündəliyinə bir çox əhəmiyyətlimövzular daxil edilib. Konfransda Azərbaycanın inşaat sənayesiningələcəyində innovasiyaların və dayanıqlı inkişafın rolu, əsasinşaat materialı kimi betonun əhəmiyyəti, eləcə də müasir betonistehsalında tətbiq olunan yanaşmalar və praktik həllərdəndanışılacaq. Eyni zamanda, Avropa və Şərq ölkələrinin qabaqcıltəcrübələri bölüşülərək regional və beynəlxalq baxış bucaqları biraraya gətiriləcək. Konfransla yanaşı sərgi iştirakçısı olan 20-yəyaxın beynəlxalq şirkət öz məhsul və xidmətlərini ziyarətçilərətəqdim edəcək.

Zəngin bilik və təcrübələrin bölüşüldüyü “ICCX Academy Baku”beynəlxalq beton konfransı və sərgisi Azərbaycanda keçirilən vəNorm şirkətinin ev sahibliyi etdiyi üçüncü belə tədbir olacaq.Bundan öncə 2019 və 2023-cü illərdə keçirilmiş tədbirlər beton vəinşaat sahəsinin yerli və beynəlxalq mütəxəssislərini bir arayagətirərək, sənayedəki yeniliklərlə bağlı məlumat mübadiləsinəşərait yaratmışdı. Bu dəfə də “ICCX Academy Baku” sektorungələcəyinə yön verən yeni ideyaların və innovativ yanaşmalarınmüzakirəsini dəstəkləyən peşəkar dialoq platforması rolunuoynayacaq.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalqşirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Seçilən
101
5
az.trend.az

6Mənbələr