Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmisəfəri çərçivəsində bu ölkənin Kralı Həməd bin İsa Al Xəlifə iləgörüşüb.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova AzərbaycanPrezidenti İlham Əliyevin salamlarını Bəhreyn Kralına çatdırıb.
Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə onun da salamlarınıAzərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Bəhreyn Kralı görüşdə Azərbaycanın inkişafı, həmçinin ikitərəflimünasibətlərin daha da dərinləşdirilməsinin əhəmiyyəti ilə bağlıfikirlərini bildirib. O, həmçinin ölkələrimiz arasında əlaqələringenişləndirilməsində parlamentlərin müsbət rolunu vurğulayıb.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə QafarovaAzərbaycan-Bəhreyn münasibətlərinin dostluq, qarşılıqlı etimad vəhörmət üzərində qurulduğunu ifadə edərək, ölkələrimiz arasındamövcud olan siyasi əlaqələrin digər sahələrdə, o cümlədən iqtisadi,investisiya, turizm sahələrində geniş əməkdaşlıq imkanlarıyaratdığını bildirib. O, bu il Azərbaycan və Bəhreyn arasındadiplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamamolduğunu xatırladıb. Söhbət zamanı dost ölkələrimizin beynəlxalqtəşkilatlar çərçivəsində qarşılıqlı dəstəyindən məmnunluq ifadəolunub.
Spiker Sahibə Qafarova bu səfərin Azərbaycan Milli Məclisisədrinin Bəhreyn Krallığına ilk rəsmi səfəri olduğunu qeyd edərək,parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlısəfərlərinin və sıx təmasların qanunvericilik orqanları arasındaəlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini vurğulayıb. O,səfər çərçivəsində keçirdiyi görüşlər və parlamentlərimiz arasındaəməkdaşlıq məsələləri barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikirmübadiləsi aparılıb.