
Əfsanəvi ispan futbolçu Serxio Ramos “Five Eleven Capital” futbol holdinqi ilə birlikdə “Sevillya” klubunun sahibi olmaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Cadena Ser” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “Real Madrid” və İspaniya millisinin keçmiş müdafiəçisi “Sevillya” klubunu 450 milyon avroya almaq istəyir.
Ramos və vəkilləri hazırda klubun maliyyə hesabatlarını nəzərdən keçirirlər.
Mənbənin sözlərinə görə, bu proses bir neçə ay çəkə bilər.
İddia olunur ki, son illərdəki zəif nəticələr səhmdarları “Sevilya”nı satmaq qərarına gəlməyə məcbur edib.
Ramos 2003-2005-ci illərdə, eləcə də 2023/2024 mövsümündə "Sevilya" klubunda oyunçu kimi çıxış edib.
Qeyd edək ki, 39 yaşlı Ramosun son klubu bu ilin dekabr ayının əvvəlində ayrıldığı Meksikanın “Monterrey” klubu olub.