AZ

Kanadanın baş naziri Çinlə azad ticarət imkanını istisna edib

Ottava Pekinlə münasibətlərdə prioriteti problemli sahələrin tənzimlənməsinə verir...

Poliqon xəbər verir ki, Kanadanın baş naziri Mark Karni ölkəsinin Çinlə azad ticarət sazişi bağlamağı planlaşdırmadığını açıqlayıb. O, bu barədə Ottavada jurnalistlərlə söhbəti zamanı danışıb. Məlumatı CBC News yayıb.

Mark Karni bildirib ki, hazırda Kanadanın Çinlə əməkdaşlığı son bir neçə ildə yaranmış bir sıra problemlərin həllinə yönəlib. Xüsusilə Çin istehsalı olan elektromobillərin ticarəti, eləcə də aqrar və balıqçılıq məhsulları ilə bağlı məsələlər diqqət mərkəzindədir. Baş nazirin sözlərinə görə, bu sahələrdə balanslı və milli maraqlara uyğun yanaşma əsas götürülür.

O, həmçinin vurğulayıb ki, Kanada Kanada–ABŞ–Meksika sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə ciddi şəkildə əməl edir. Sözügedən beynəlxalq razılaşmaya əsasən, üç ölkədən hər hansı biri bazar iqtisadiyyatına aid olmayan ölkələrlə, o cümlədən Çinlə azad ticarət sazişi imzalamaq niyyətində olduqda, tərəfdaşlarını əvvəlcədən bu barədə məlumatlandırmalıdır.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Kanadanın Çinlə ticarət sazişi bağlayacağı təqdirdə, bütün Kanada məhsullarına 100 faiz rüsum tətbiq edilə biləcəyi ilə hədələyib. Bu açıqlama Şimali Amerika regionunda ticarət münasibətləri ətrafında gərgin müzakirələrə səbəb olmuşdu.

Poliqon.info

Seçilən
39
poliqon.info

1Mənbələr