AZ

Ermənistan Azərbaycan vasitəsilə qaz idxal edəcək

BAKI, 26 yanvar. TELEQRAF

İran və Gürcüstanla bağlı logistika problemləri Ermənistanı Azərbaycandan tranzit də daxil olmaqla, alternativ yollar axtarmağa məcbur edir.

Teleqraf xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Mənbə Ermənistanın Azərbaycan vasitəsilə digər məhsullarla yanaşı, təbii qaz da idxal etməyə hazırlaşdığını yazıb:

“Ermənistan İran və Gürcüstan vasitəsilə təchizatlarda üzləşdiyi ciddi logistika çətinliklərini faktiki olaraq etiraf edib. İrandakı qeyri-sabitlik səbəbindən nəqliyyat və gömrük sistemlərində yaranan fasilələr, eləcə də hava şəraiti səbəbindən Gürcüstan yolunun bağlanması fonunda Ermənistan hakimiyyəti alternativ yolları nəzərdən keçirməyə başlayıb. Belə yollardan biri də Azərbaycandan keçən dəmir yoludur.

Azərbaycan vasitəsilə taxıl və neft məhsulları daşımalarının başlamasından sonra Ermənistan bu marşrutla mayeləşdirilmiş təbii qaz (LNG) idxalını da nəzərdən keçirir. İqtisadiyyat Nazirliyi də bildirib ki, yeni marşrut mövcud marşrutlara alternativ kimi nəzərdən keçirilir”.

Seçilən
56
3
teleqraf.com

4Mənbələr