AZ

Bakı ilə Vaşinqton arasındakı münasibətlərdə çətin dövr arxada qalıb




“Bakı ilə Vaşinqton arasındakı münasibətlərdə çətin dövr arxada qalıb desək yanılmarıq. Bayden-Blinken hakimiyyəti Azərbaycana qarşı çox qərəzli şəkildə ədalətsiz davrandı. Ümumiyyətlə Bayden erməni lobbisinin quluna çevrilmişdi. Məhz ona görə də 1992-ci ildə Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq senator Baydenin moderatorluğu ilə Azadlığa Dəstək Aktına ölkəmizə qarşı bədnam 907-ci düzəliş qəbul olunmuşdu və onun ləğvi müşkül məsələyə çevrilmişdir.
Tramp hakimiyyəti isə Baydendən fərqli olaraq gələcəyə ABŞ-ın milli maraqlarından baxır. Ona görə də Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla strateji tərəfdaş olmaq üzərində düşünür”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Azər Badamov Amerika-Azərbaycan münasibətlərindən danışarkən səsləndirib. Millət vəkili bildirib ki, iki ölkə arasında münaisibətlərin yenidən müsbət məcraya qaytarılması üçün Tramp administrasiyası ölkəsinin Azərbaycanla bağlı siyasətində düzəlişlər edir:

“Azərbaycan-ABŞ münasibətlərinin müsbət istiqamətdə inkişafı Cənubi Qafqaza davamılı sülh və əməkdaşlıq gətirir. Məhz 8 avqust Vaşintonda imzalanmış sənədlər, TRİPP layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan -ABŞ münasibətlərində yeni bir səhifənin açılışının başlanğıcı oldu”.

Azər Badamov qeyd edib ki, 8 avqustdan sonra Azərbaycan nümayəndə heyəti ABŞ-a 4 dəfə çox səmərəli səfər edib:

“O cümlədən ABŞ nümayəndə heyəti də Bakılya səfərlər etdi və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin istiqamətləri müəyyənləşdirildi. Bəli, Azərbaycan və ABŞ arasında əməkdaşlığın potensialı çox böyükdür və hesab edirəm ki, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanandan sonra ölkələrimiz arası münasibətlərdə həndəsi silsilə ilə artımlar olacaqdır”.

Süleyman
Seçilən
20
1
newscenter.az

2Mənbələr