İllərdir MS (Multiple Skleroz) xəstəliyi ilə mübarizə aparan türkiyəli müğənni Serdar Ortaç səhnədə çıxış edərkən tarazlığını itirərək yerə yıxılıb.
Medicina.az xəbər verir ki, pop musiqisinin ustalarından biri olan Serdar Ortaç dünən gecə konsertində pərəstişkarlarını qorxudub.

Səhnədə mahnısını oxuyarkən Ortaç qəfildən tarazlığını itirərək yerə yıxılıb. Səhnədəkilər dərhal ona kömək ediblər.
Yıxılmasına baxmayaraq mahnı oxumağa davam edib.
"Ayağım ventilatora ilişdi, ona görə yıxıldım. Yaxşıyam, çox yaxşıyam", o, deyib.

Aygün
Medicina.az