AZ

Münaqişələrin nizamlanması istiqamətində əsas görüşlər nə üçün BƏƏ də keçirilir?: Elçin Ağamalıdan ŞƏRH

ain.az bildirir, Newscenter.az portalına istinadən.

“Beynəlxalq müstəvidə qarşılıqlı münasibətlərin gərgin olduğu dövrdə, müharibə və münaqişələrin alovlandığı zamanlarda belə bütün ölkələr üçün danışıqlar, əməkdaşlıq etmək üçün bütün tərəflərin qəbul edə biləcəyi bitərəf ölkələrə ehtiyac vardır. II Dünya müharibəsi zamanı bu funksiyanı İsveçrə həyata keçirirdi. Bütün Avropada müharibənin getdiyi bir zamanda İsveçrə bitərəf ölkə kimi münaqişədə olan tərəflərin ünsiyyəti və əməkdaşlığı üçün platforma funksiyasını yerinə yetirirdi. Belə bir ölkənin və ya ölkələrin müasir zamanda da mövcudluğu aktualdır və bu funksiyanı hazırda yerinə yetirən ölkələrdən biri də Birləşmiş Ərəb Əmirliyidir”.Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı son vaxtlar fərqli münaqişələrin həlli istiqamətində danışıqların BƏƏ-də keçirilməsinin səbəbinə aydınlıq gətirərkən səsləndirib. Onun sözlərinə görə, BƏƏ dünyanın əsas güc mərkəzlərinin hər biri ilə yüksək səviyyəli münasibətlərə malikdir:“Bu ölkədə ABŞ-ın hərbi bazasının olmasına baxmayaraq ölkə Rusiya ilə ənənəvi yaxşı münasibətlərini qoruyub saxlamışdır. Çinlə olan dövlət münasibətləri isə strateji əməkdaşlıq səviyyəsindədir. Ölkədə mövcud olan liberal maliyyə və ticarət şərtləri isə bu ölkəni bütün ölkələr üçün daha da cazibədar etmişdir. Bu baxımdan Birləşmiş Ərəb Əmirliyi çoxşaxəli xarici siyasəti sayəsində, münaqişə edən tərəflər arasında danışıqlar platforması kimi məqbul qəbul olunan ölkə statusuna yiyələnmişdir”.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
newscenter.az

2Mənbələr