AZ

Qəbələdə yol qəzası baş verib, ölən və xəsarət alan var

Qəbələdə ağır yol qəzası baş verib.

"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
68
17
far.az

10Mənbələr