ABŞ-ın şimal-şərqində özəl təyyarə uçuş zamanı qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, qəza Men ştatının Bangor hava limanında baş verib. "Bombardier Challenger 650" biznes təyyarəsi əlverişsiz hava şəraitində uçuş zamanı qəzaya uğrayıb. Təyyarədə səkkiz nəfər olub. Onların taleyi hələ də məlum deyil.
Bangor Hava Limanı hazırda bağlıdır.