AZ

Mətbuat konfransında MARAQLI AN: Zelenski çaşıb rus dilində DANIŞDI – VİDEO

Zelenski mətbuat konfransında az qala rusca danışacaqdı.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı çıxış edərkən az qala rus dilinə keçid edəcəkdi.

Dövlət başçısı Ukrayna dilində “mojlıvist” (imkan) demək əvəzinə, rus dilindəki “vozmojnost” sözünü tələffüz etməyə başlayıb. Lakin o, sözün ortasında səhvini anlayaraq dərhal özünü saxlayıb və düzəliş edib.

Qeyd edək ki, hadisə Zelenski Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən danışarkən baş verib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
20
interpress.az

1Mənbələr