Rusiya Prezidenti Vladimir Putin ilə Kreml görüşü zamanı ABŞ Prezidenti Donald Trampın kürəkəni, Cared Kuşner, barmağındakı “ağıllı” üzüklə diqqət çəkib.
Publika.az xəbər verir ki, bu barədə “Rossiya 1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramının müəllifi Pavel Zarubin məlumat verib.
Zarubinin sözlərinə görə, oxşar qurğu Ağ Evinin baş məsləhətçisi, Federal Ümumi Xidmətlər İdarəsinin satınalmalar üzrə komissarı Joş Grünbaum tərəfindən də taxılıb. Bu cihazlar sahibinin psixoemosional vəziyyətini izləməyə, stres səviyyəsini, ürək döyüntüsünü və yuxu keyfiyyətini ölçməyə imkan verir.
Lakin aparıcının qeyd etdiyi kimi, amerikalı qonaqlar gərginlik əlamətləri göstərməyiblər: üzlərində gülümsəmə, dostcasına çiyinlərinə toxunuş və zarafatlar olub.