AZ

Matto.Baku: Səhər yeməyi yoxsa əsəb sınağı? – VİDEO

Səhər yeməklərini sevənlər üçün Bakı Ağ Şəhərdə yeni açılan Matto.Baku ilk baxışdan cəlbedici görünə bilər. Adı, məkanı və təqdimatı ilə insanı “gedək, bir səhər yeməyi yeyək” deməyə sövq edir. Lakin məsələ yalnız görüntüdən ibarət deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sofya ləqəbli tiktoker öz sosial hesabında paylaşım edib.

Məkana daxil olduqdan sonra anlayırsan ki, gözləntilərlə reallıq arasında ciddi fərq var. Xidmətin ləngliyi, sifarişlərin gecikməsi və personalın laqeyd münasibəti səhər yeməyinin verdiyi zövqü tamamilə kölgədə qoyur. 

Bir sözlə, Matto.Baku səhər yeməyinə xoş əhval-ruhiyyə ilə başlamaq istəyənlər üçün riskli seçim ola bilər. Yolunuz düşərsə, yalnız yeməyə deyil, əsəblərinizin də sınağa çəkilə biləcəyini nəzərə alın.

Seçilən
30
nocomment.az

1Mənbələr