AZ

Bernardo Silva “Barselona”ya keçmək istəyini klub rəhbərliyinə çatdırdı

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva agenti Jorje Mendeş vasitəsilə “Barselona”ya keçmək istədiyini çatdırıb.

 90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumata görə, “blauqrana” rəhbərliyi 31 yaşlı futbolçunun keyfiyyətlərinə şübhə etmir. Lakin hazırkı mərhələdə “Barselona” əsas diqqəti öz yetirmələrinə və artıq komandada yer alan yarımmüdafiəçilərə yönəltməyi planlaşdırır. Kataloniya təmsilçisi transferlərə vəsait xərcləməyə hazır olsa da, əsas prioritet hücumçu və mərkəz müdafiəçisi mövqelərinin gücləndirilməsidir.

Qeyd edək ki,portuqaliyalı 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə 438 oyunda iştirak edib, 73 qol vurub və 77 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun İngiltərə klubu ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Bernardo Silvanın bazar dəyəri 27 milyon avro təşkil edir.

Seçilən
23
90deqiqe.az

1Mənbələr