AZ

Bir döymə ilə başlayan xəyalın gerçəkləşdiyi an: Alan Kantero və Messi - FOTO

Alan Kanteronun ayağında Messinin döyməsi var və o, ömrü boyu tək bir arzunun - öz kumiri ilə görüşmək, arxasınca qaçıb.

Milli.Az xəbər verir ki, bu gün Kanteronun çıxış etdiyi "Alianza Lima" klubu Messinin "İnter Mayami" komandası ilə qarşı-qarşıya gəlib. Oyunun bitməsindən sonra isə Kanteronun həyatının ən böyük möcüzəsi baş verib. O, dahi futbolçunun geyindiyi formanı hədiyyə alıb.

Onlar bir müddət söhbət edib, bir-birlərini qucaqlayıblar. Həmin anlarda Kanteronun göz yaşlarını saxlaya bilməyib.

"O, mənim kumirimdir. Onunla belə bir anı paylaşacağımı heç vaxt təsəvvür edə bilməzdim. Bu, bir xəyaldır. Ona "Səni sevirəm" dedim və onun mənim ilham mənbəyim olduğunu bildirdim." deyə Kantero sevincini ifadə edib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
155
50
milli.az

10Mənbələr