AZ

“Süni İntellekt alət deyil” Hararidən həyəcan siqnalı (VİDEO)

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

- Süni İntellekt haqqında bilməli olduğumuz ən vacib şey: Bu, alət deyil. Agentir. Özü öyrənə və dəyişə bilir. Özü qərarlar verməyi bacarır. Alət, məsələn, bıçaqdır. Siz bıçaqdan salat doğramaq, yaxud, kimisə öldürmək üçün istifadə edə bilərsiniz. Hər iki halda qərarı verən siz olacaqsınız. Süni İntellekt isə elə bir bıçaqdır ki, nə etmək – salat doğramaq, yoxsa adam öldürməklə bağlı qərarı özü verir, - Harari deyib. Alimə görə, AI haqqında bilməli olduğumuz ikinci şey odur ki, bu, çox kreativ agent ola bilər. AI yeni bıçaq növləri yaratmaq qüdrətində olan bıçaqdır. Eynilə yeni musiqi, dərman və insan növləri kimi... “Bilməli olduğumuz üçüncü şey: AI yalan danışa və manipulyasiya edə bilir. 4 milyon illik təkmüldən çıxan nəticə budur ki, varlığını davam etdirmək istəyən hər kəs aldadır və manipulyasiya edir. Son 4 il isə Süni İntellektin də varlığını davam etdirmək iradəsinin olduğunu və bu məqsədlə yalan danışmağı öyrəndiyini göstərir”,- Harari vurğulayıb. Tariyel Həsənov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
azvision.az

1Mənbələr